Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi, işğaldan azad edilmiş ərazilərdə məscidlərin bərpası, dindarlara maddi-mənəvi yardımların göstərilməsi ölkəmizin İslam dininə olan yanaşmasının göstəricisidir.
Crossmedia.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.
“Şuşada Zəfər Günü ilə bağlı gözəl məscid tikilir, bu da dinə olan münasibətdir”, - deyə o əlavə edib.
17:27 13.10.2026
Oxunuş sayı: 52