Sabunçuda məktəbli xəstəxanaya yerləşdirilib
Bakının Sabunçu rayonunda 12 yaşlı məktəbli təhsil aldığı məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən 94 nömrəli məktəbdə baş verib. APA-nın əldə etdiyi məlumata görə, məktəblinin çantasında psixotrop dərmanlar aşkarlanıb.
Məktəbin direktorunun bildirdiyinə görə, son bir ay ərzində şagird üçün 3-4 dəfə təcili tibbi yardım çağırılıb.
Məlumata əsasən, məktəbli rəfiqəsinə sentyabrın 10-15-i aralığında əmisinin ona qarşı zorakılığa cəhd etdiyini söyləyib. Bu iddia ilə bağlı rəsmi təsdiqlənmiş məlumat təqdim edilməyib.
12 yaşlı məktəbli hazırda Sabunçu Tibb Mərkəzində müalicə olunur. (Apa)
20:08 12.10.2026
Oxunuş sayı: 51