“Sabah” “Slaviya” ilə oyuna hazırlaşır
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda Çexiyanın “Slaviya” klubu ilə qarşılaşacaq “Sabah” oyundan əvvəl son hazırlıq məşqini keçirib.
Crossmedia.az xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komandanın Bakı Olimpiya Stadionunda keçirdiyi məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqları yerinə yetiriblər.
Qeyd edək ki, “Sabah” – “Slaviya” oyunu sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda başlayacaq.
19:10 12.10.2026
Oxunuş sayı: 43