Fransada məktəbli etirazları böyüyür: minlərlə insan küçələrə axışdı
Fransanın müxtəlif şəhərlərində minlərlə insan bir neçə gündür davam edən yuxarı sinif şagirdlərinin etirazlarına dəstək məqsədilə küçələrə çıxıb.
Crossmedia.az xəbər verir ki, həmkarlar ittifaqlarının çağırışı ilə keçirilən aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edib.
Nümayişçilər əllərində plakatlar və həmkarlar ittifaqlarının bayraqları ilə yürüş edərək hökumətdən məktəblilərin irəli sürdüyü tələblərin yerinə yetirilməsini istəyiblər.
Aksiyaların Fransanın müxtəlif bölgələrində keçirildiyi və məktəblilərin etirazlarına ictimai dəstəyin genişləndiyi bildirilib.
17:45 07.10.2026
Oxunuş sayı: 55