Hörmüz boğazında gəmiyə zərbə: 12 ekipaj üzvü yaralandı
Oman sahilləri yaxınlığında “On Peace” kommersiya gəmisinə endirilən zərbə nəticəsində 12 ekipaj üzvü yaralanıb, onlardan 11-i Hindistan vətəndaşıdır.
Crossmedia.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasında Panama bayrağı altında üzən “On Peace” gəmisinə hücum pislənilib. Bildirilib ki, gəminin 19 ekipaj üzvündən 17-si Hindistan vətəndaşıdır.
Məlumata görə, zərbə nəticəsində 12 ekipaj üzvü xəsarət alıb. Yaralananların 11-i Hindistan vətəndaşıdır.
Hindistan Xarici İşlər Nazirliyi gəminin Hörmüz boğazından keçdiyi zaman hücuma məruz qaldığını bildirib.
16:38 06.10.2026
Oxunuş sayı: 54