Qax rayonunda baş verən yol qəzası nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmə ölüb, 4 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, TƏBİB bu barədə məlumat yayıb.
Məlumata görə, xəsarət alan 4 kişi oktyabrın 6-da saat 04:15 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.
Qeyd olunub ki, qəza nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin həkiməqədər ölüm faktı qeydə alınıb.