Yeni bahalaşma dalğası gəlir - iqtisadçıdan şok proqnoz
Azərbaycanda yanacaq bazarında mümkün təchizat dəyişiklikləri fonunda daxili bazarın sabitliyi və qiymət riskləri yenidən gündəmə gəlib. Nazirlər Kabinetinin qərarları ilə 2026-cı ilin mayından Aİ-92 benzini və dizel yanacağının idxalına gömrük rüsumları sıfırlanıb və bu addımın məqsədi daxili bazarda fasiləsiz təchizatın və qiymət sabitliyinin qorunması kimi göstərilib.
Azərbaycanın yanacaq balansında yerli istehsal əsas paya malik olsa da, bəzi yanacaq növləri üzrə idxal da həyata keçirilir. Dünya bazarında neft və yanacaq qiymətlərinin dəyişməsi fonunda isə təchizatın şaxələndirilməsi və ehtiyatların qorunması məsələləri aktuallaşır. Bəs Azərbaycanda yanacaq təminatının dayanıqlılığını qorumaq və bazarda qiymət risklərini azaltmaq üçün hansı addımlar atılmalıdır?
Crossmedia.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli hazırda yanacağın qiymətinin artırılması üçün zəruri şərait olduğunu düşünmədiyini bildirib: “Hesab etmirəm ki, qiymətin qalxması üçün şərait var, qiyməti qaldırmaq lazım olduğunu güman etmirəm”.

Xalid Kərimli yanacağın qiymətinin artırılacağı təqdirdə bunun digər sahələrə də təsir göstərə biləcəyini vurğulayıb: “Əgər qiyməti qaldırsalar, yenə də mənim fikrimə baxılmayacaq, ehtiyac var, yoxdur. Yenə deyirəm, adamlar qərar qəbul etsələr, nə olacaq? Təbii ki, daşıma xərcləri artacaq, hərəkət xərcləri artacaq, bütün bahalaşma dalğası gələcək. Xüsusən də kənd təsərrüfatı məhsullarının, tikinti materiallarının bahalaşması baş verəcək. Amma istisnasız olaraq bütün sahələrdə bizneslərin xərci artmış olacaq və onlar da tədricən qiymətləri”.
Nigar Xəlilli
17:45 30.09.2026
Oxunuş sayı: 45