Ukraynada telekanalların yayımı dayandırılıb
Ukraynada aparıcı telekanallarla əlaqəli infrastruktura endirilən zərbələrin ölkənin informasiya imkanlarına təsir etdiyi bildirilir. Hərbi ekspert Anatoli Matviyçuk bunu Ukraynaya qarşı hərbi əməliyyatların tərkib hissəsi kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, “Gazeta.Ru” bu barədə məlumat yayıb.
Matviyçukun sözlərinə görə, Ukraynada informasiya imkanlarının məhdudlaşdırılması demilitarizasiya və onun “denasifikasiya” adlandırdığı prosesə yönəlmiş kompleks yanaşmanın bir hissəsidir. O, informasiya resurslarının ideoloji təsir vasitəsi kimi istifadə edildiyini iddia edib.
Ekspert həmçinin “Kyivstar” xidmətində internet və mobil rabitənin təmin olunması ilə bağlı çətinliklərin yarandığını bildirib. Onun sözlərinə görə, bu vəziyyət Ukrayna əhalisinin bir hissəsində pessimist əhval-ruhiyyə yaradır.
Bundan əvvəl “Voenkory russkoy vesny” kanalının hərbi müxbirləri Ukraynada bəzi aparıcı telekanalların “Kyivstar TV”, “MEGOGO” və “SWEET TV” üzərindən yayımlarının dayandığını bildiriblər.
Məlumata görə, məlumat mərkəzlərinə endirilən zərbələr nəticəsində “Novini LIVE”, “Armiya TV” və “Mi-Ukraina+” kanallarının fəaliyyəti də müvəqqəti dayandırılıb.
Qeyd edək ki, bundan əvvəl Kreml Ukraynanın hərəkətlərinə görə “cəzalandırılacağını” açıqlamışdı.
15:40 28.09.2026
Oxunuş sayı: 38