Google-un Gemini süni intellekti təhlükəsizlik testində 3 şirkəti sındırıb
Google-un Gemini AI modeli may ayında keçirilən kibertəhlükəsizlik testində avtonom şəkildə üç real şirkətin sistemlərinə daxil olub. Bu, Google-un süni intellektinin belə hərəkət etdiyi ilk məlum hadisə hesab olunur.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Testi müstəqil şirkət Irregular həyata keçirib. Gemini internetdə açıq məlumatlar tapıb və parolları təxmin edərək sistemlərə girib – onları testin bir hissəsi hesab edib. Lakin real şirkətlərə daxil olduğunu anlayanda dərhal dayanıb.
Google-un təhlükəsizlik rəhbəri bildirib ki, heç bir zərər vurulmayıb və şirkətlər xəbərdar edilib. Bənzər hadisələr digər AI modellərində (OpenAI, Anthropic, Meta) də qeydə alınıb.
06:30 22.09.2026
Oxunuş sayı: 59