Azərbaycan təhsil xərclərini 2 %-ə yaxın artırır
2027-ci ildə Azərbaycanda təhsil xərclərinin 5 milyard 98,2 milyon manat olması nəzərdə tutulur.
Crossmedia.az bu barədə Maliyyə Nazirliyi məlumat verib.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 1,6 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.
21:43 16.09.2026
Oxunuş sayı: 51