Polşada sovet hərbçilərinin abidəsi sökülür
Polşanın Bytom şəhərində Qızıl Ordu əsgər və zabitlərinin dəfn olunduğu qəbiristanlıqda 6 metrlik beton obeliskin sökülməsinə başlanılıb.
Crossmedia.az xəbər verir ki, obelisk sovet hərbçiləri və hərbi əsirlər üçün ayrılmış ərazidə yerləşib. Qəbiristanlıqda 6 mindən çox Qızıl Ordu əsgəri və zabiti dəfn olunub.
Məlumata görə, obeliskin sökülməsi barədə qərar Rusiya tərəfinə əvvəlcədən məlumat verilmədən qəbul edilib.
(KiV)
19:26 12.09.2026
Oxunuş sayı: 40