Putin BƏƏ-nin Əbu-Dabi vəliəhdi ilə görüşüb
Rusiya Prezidenti Vladimir Putin BƏƏ-nin Əbu-Dabi vəliəhdi Xalid bin Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb. Görüş BRİKS sammiti çərçivəsində Yeni Dehlidə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Putin 55 illik diplomatik münasibətlər fonunda BƏƏ-ni Rusiyanın Yaxın Şərqdəki ən yaxın tərəfdaşlarından biri adlandırıb və iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənəcəyini bildirib.
Rusiya lideri Fars körfəzində vəziyyətin mürəkkəb olduğunu, Moskvanın bu məsələ ilə bağlı BƏƏ ilə daim təmasda qaldığını vurğulayıb.
18:06 12.09.2026
Oxunuş sayı: 45