Ukraynanın Rusiya raketlərinə qarşı müdafiəsi çatışmır
Ukraynanın Rusiya istehsalı hipersəs və ballistik raketlərinin qarşısını almaq üçün kifayət qədər imkanları yoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik “Lenta.ru”ya açıqlamasında bildirib.
Deputatın sözlərinə görə, “Patriot” zenit-raket kompleksinin qiyməti 1 milyard dollardan çoxdur. Bir raketin buraxılışı isə şəraitdən asılı olaraq 3-8 milyon dollara başa gəlir.
Kolesnik qeyd edib ki, yüksək qiymətə baxmayaraq, bu silahların alınması üçün Ukraynadan başqa digər ölkələr də növbə gözləyir.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı gecə hücumları zamanı Rusiya ballistik raketlərinin heç birinin ələ keçirilmədiyini açıqlamışdı. Hücumların hədəfində Zaporojye və Krivoy Roqda yerləşən metallurgiya müəssisələrinin olduğu bildirilib.
17:12 12.09.2026
Oxunuş sayı: 43