Soçi aeroportunda uçuşlar bərpa olunub
Soçi aeroportunda təyyarələrin qəbulu və yola salınmasına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi bu barədə məlumat yayıb.
Qeyd olunub ki, Soçi aeroportunda hava gəmilərinin qəbulu və yola salınmasına qoyulan məhdudiyyətlər götürülüb.
Xatırladaq ki, sentyabrın 9-u gecə Ukrayna Silahlı Qüvvələrinin dəniz dronlarının Soçi şəhərinə hücumu nəticəsində çimərlik infrastrukturu və sahilyanı ərazinin bir hissəsi zədələnib. Hücum nəticəsində 20-dən çox insanın xəsarət aldığı bildirilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qara dəniz donanmasının bir həftə ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 12 pilotsuz kater məhv etdiyini açıqlamışdı.
16:49 12.09.2026
Oxunuş sayı: 35