Avtomobil oğrusu rus polis məmurlarına təşəkkür edib
Crossmedia.az xəbər verir ki, Vladimir vilayət polis idarəsi avtomobil qaçırmaqda şübhəli bilinən 24 yaşlı yerli sakinin saxlanıldığını açıqlayıb.
Polisə avtomobil sahibinin müraciətindən sonra oğurlandığı bildirilən “Niva” markalı avtomobilin axtarışına başlanılıb. Əməkdaşlara avtomobil barədə məlumat verilib və qısa müddət sonra yol polisi axtarışda olan avtomobilə bənzər nəqliyyat vasitəsini saxlayıb.
Sükan arxasında olan 24 yaşlı şəxsin sərxoş olduğu tibbi müayinə cihazı ilə müəyyən edilib.
Şübhəli şəxs polisə aparılaraq dindirilib. O, avtomobili spirtli içkinin təsiri altında qaçırdığını, avtomobili görüb onunla gəzintiyə çıxmaq istədiyini bildirib.
O, polis əməkdaşlarının avtomobili tezliklə taparaq onu saxlamasına görə təşəkkür edib.
Faktla bağlı araşdırma aparılır.
15:23 12.09.2026
Oxunuş sayı: 48