İran ABŞ ilə danışıqlara ŞƏRT QOYDU
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, ABŞ İranın bütün şərtlərini qəbul etməyənədək Tehran Vaşinqtonla danışıqlar aparmayacaq.
Crossmedia.az xəbər verir ki, İbrahim Əzizi bu barədə açıqlama verib.
Əzizi bildirib ki, İranın bütün şərtləri qəbul edilmədiyi halda dialoq və danışıqların heç bir nəticəsi olmayacaq. O, ABŞ-nin İranla bağlı siyasətini də tənqid edərək, Tehranın mövqeyindən geri çəkilməyəcəyinə işarə edib.
Açıqlama ABŞ ilə İran arasında münasibətlərin gərgin olaraq qaldığı, xüsusilə də Hörmüz boğazı və sanksiyalarla bağlı fikir ayrılıqlarının davam etdiyi bir vaxtda səslənib.
14:57 12.09.2026
Oxunuş sayı: 53