İsrail hökumətində Qəzzalıların köçürülməsi TƏKLİFİ
İsrailin maliyyə naziri Bezalel Smotriç Qəzzə zolağından olan fələstinlilərin Avropa ölkələrinə yerləşdirilməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsinin ofisi Smotriçin son açıqlamalarını pisləyib.
Smotriç bildirib ki, əgər Avropanın hər bir ölkəsi Qəzzədən 20-30 min nəfəri qəbul etməyə hazır olsa, problemin həll edilə biləcəyini düşünür.
İsrail rəsmisi Avropa ölkələrini və Misiri Qəzzə sakinlərini qəbul etməməkdə ittiham edib. O, həmçinin Qəzzə əhalisi ilə bağlı təhqiramiz və ağır ittihamlar səsləndirib.
Smotriç daha əvvəl də Qəzzə sakinlərinin başqa ölkələrə köçürülməsini dəstəkləyən açıqlamalar verib. 2023-cü ildən etibarən onun bu mövqeyi beynəlxalq səviyyədə ciddi tənqidlərə səbəb olub.
Son açıqlamalar İsrail hökumətinin Qəzzənin gələcəyi ilə bağlı siyasəti ətrafında beynəlxalq narahatlıqların artdığı bir vaxtda səslənib. İsrailin xarici işlər naziri Gideon Saar isə sentyabrın 9-da hökumətin fələstinlilərin Qəzzədən deportasiyası ilə bağlı planının olmadığını bildirib.
13:09 12.09.2026
Oxunuş sayı: 45