Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həlak olub
Rusiya-Ukrayna müharibəsi zonasında yük maşınının PUA hücumuna məruz qalması nəticəsində azərbaycanlı Mahir Məmmədov həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumat yayılıb.
Məlumata görə, Mahir Məmmədovun idarə etdiyi yük maşını pilotsuz uçuş aparatının hücumuna məruz qalıb. Zərbə nəticəsində nəqliyyat vasitəsi yanıb və sürücü hadisə yerində həyatını itirib.
Mahir Məmmədov Gürcüstanın Bolnisi bələdiyyəsinin Arıxlı kəndindən olub.
Hazırda mərhumun nəşinin doğulduğu yerə gətirilməsi üçün zəruri tədbirlərin görüldüyü bildirilir.
14:47 12.09.2026
Oxunuş sayı: 48