Aİ əsas sənədləri Fransa seçkilərindən əvvəl razılaşdırmağa çalışır
Avropa İttifaqının əsas sənədlərinin Fransada keçiriləcək növbəti seçkilərdən əvvəl razılaşdırılmasına çalışıldığı bildirilir.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris Marin Le Penin mümkün seçki qələbəsinin Avropa gündəliyinin bir hissəsinin həyata keçirilməsini ləngidə biləcəyindən narahatdır.
Bu səbəbdən Fransa tərəfdaşlarını Aİ-nin yeddiillik büdcəsi və iqlim tədbirləri ilə bağlı danışıqları 2026-cı ilin sonunadək başa çatdırmağa çağırır.
Yelisey Sarayı bu mövqenin seçkilərlə əlaqəli olduğunu rəsmi şəkildə təkzib edərək, Parisin Avropanın maraqları naminə hərəkət etdiyini bildirir.
Qeyd edək ki, Marin Le Pen daha əvvəl Fransanın Aİ büdcəsinə hazırkı maliyyə ödənişlərinin səviyyəsinin qorunmasına qarşı çıxış edib.
14:53 12.09.2026
Oxunuş sayı: 47