Zelenski: Ukrayna gələcəkdə Avropanın təhlükəsizliyinə töhfə verəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gələcəkdə Avropanın Ukraynaya bu gün göstərdiyi təhlükəsizlik səviyyəsində dəstək göstərə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə açıqlama verib.
Zelenskinin sözlərinə görə, Ukrayna Avropa İttifaqına üzv olmaq üçün kiminsə icazəsini istəmir.
O bildirib ki, Avropa İttifaqı Ukraynanın bərabərhüquqlu üzv kimi quruma daxil olmasının zəruriliyini anlayır. Zelenskinin fikrincə, Ukraynanın Aİ-nin təhlükəsizliyinin inkişafına verdiyi töhfə həm də Avropa İttifaqının təhlükəsizliyinə investisiyadır.
Ukrayna Prezidenti ölkəsinin statusunun dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna əvvəllər yardım istəyən ölkə idisə, hazırda bərabərhüquqlu tərəfdaşa çevrilib.
14:51 12.09.2026
Oxunuş sayı: 57