KİV: Ukrayna Rusiyaya ciddi zərbə vurub
Crossmedia.az xəbər verir ki, “The Telegraph” Ukraynanın Rusiyaya qarşı son əməliyyatlarından birini ilin ən mühüm hücumlarından biri kimi qiymətləndirib.
Nəşrin məlumatına görə, Ukrayna qüvvələrinin son əməliyyatları Rusiyanın dərinliklərində yerləşən strateji obyektlərə zərbələr endirmək imkanlarının genişləndiyini göstərir. “The Telegraph”ın son materiallarında Ukraynanın Rusiya ərazisinin dərinliklərinə, o cümlədən Sibirdəki obyektlərə uzaqmənzilli dronlarla zərbələr endirdiyi qeyd olunur.
Nəşr həmçinin Ukraynanın Lyman istiqamətində əks-hücum əməliyyatında irəliləyiş əldə etdiyini və dronlarla yanaşı quru qoşunlarının fəaliyyətinin də mühüm rol oynadığını yazıb.
“The Telegraph”ın qiymətləndirməsinə görə, Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın enerji, logistika və hərbi infrastrukturuna təzyiqi artırır. Son günlər Ukraynanın Rusiyanın neft və qaz obyektlərinə, logistika mərkəzlərinə və digər strateji infrastruktura zərbələri barədə də məlumatlar yayılıb.
Bununla yanaşı, müharibənin digər istiqamətində Rusiya da Ukraynanın şəhər və infrastruktur obyektlərinə intensiv raket və dron hücumlarını davam etdirir. Son hücumlarda Kiyev də daxil olmaqla bir sıra bölgələrdə ölən və yaralananların olduğu bildirilib.
14:50 12.09.2026
Oxunuş sayı: 48