Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
Crossmedia.az xəbər verir ki, Yuri Qusev bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Səfir bildirib ki, görüş Qarabağa işgüzar regional səfəri çərçivəsində baş tutub. Tərəflər Azərbaycanla Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi və koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə ediblər.
Qusev Ukraynaya göstərdiyi davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana təşəkkür edib.
14:49 12.09.2026
Oxunuş sayı: 48