Rostovda gecəyarısı PUA hücumu baş verdi
Rostovda pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində iki çoxmənzilli yaşayış binası zədələnib, bir uşaq yaralanaraq xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar bu barədə məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 6-da səhər saatlarında Rostovun Sovetski rayonunda baş verib. Hücum nəticəsində iki çoxmənzilli binaya ziyan dəyib.
Yaralanan oğlan xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilir. Zədələnmiş binaların sakinləri təxliyə olunub.
09:03 06.09.2026
Oxunuş sayı: 50