İranın Hark adası yaxınlığında partlayış səsləri eşidildi
İranın Fars körfəzində yerləşən Hark adası yaxınlığında bir neçə partlayış səsinin eşidildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, İranın “Fars” agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, partlayış səsləri təxminən bir saat əvvəl Hark adası ətrafında eşidilib. Körfəz istiqamətindən səslər gəlsə də, ərazidə tüstü və ya yanğın müşahidə olunmayıb.
Partlayış səslərinin mənbəyi hələlik müəyyən edilməyib.
Bununla yanaşı, İran Tələbə Xəbər Şəbəkəsi (SNN) ABŞ-nin Hark adası sahillərində kiçik neft tankerinə zərbə endirdiyini iddia edib. Məlumata görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb.
Qeyd olunan məlumatlar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
12:03 05.09.2026
Oxunuş sayı: 42