İrandakı toy faciəsi: ABŞ istehsalı silahın izləri tapıldı
İranın cənubundakı Kuhestak şəhərində toy mərasiminə endirilən zərbə zamanı ABŞ istehsalı idarəolunan aviasiya bombasından istifadə edildiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, “The New York Times” bu barədə məlumat yayıb.
“The New York Times” silah qalıqlarının görüntülərini ABŞ ordusunun keçmiş sursat zərərsizləşdirmə mütəxəssisi Trevor Bola təqdim edib. Onun qiymətləndirməsinə görə, qalıqlar ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) istifadə etdiyi idarəolunan aviasiya bombasının hissələridir və belə silahlar İran silahlı qüvvələrinin arsenalında yoxdur.
Qəzet həmçinin CENTCOM-un İrana zərbələrdə iştirak edən ABŞ qırıcısının görüntülərini yayımladığını qeyd edib. Görüntülərdə təyyarənin qanadı altında JSOW tipli bomba olduğu ehtimal edilir.
Daha əvvəl CENTCOM nümayəndəsi Tim Hokins ABŞ hərbçilərinin mülki əhaliyə zərbələr endirməsində iştirakını təkzib edib.
17:11 03.09.2026
Oxunuş sayı: 43