ABŞ-da sovet “Makarov”una HEYRANLIQ
Sovet İttifaqında hazırlanmış Makarov tapançası sadəliyi və etibarlılığına görə hələ də diqqət çəkən silahlardan biri hesab olunur.
Crossmedia.az xəbər verir ki, “19FortyFive” bu barədə məlumat yayıb.
Nəşrin yazarı, ABŞ Hərbi Hava Qüvvələrinin veteranı və müdafiə məsələləri üzrə şərhçi Kristian Orr Makarov tapançasının 70 ildən artıqdır istehsal edildiyini qeyd edib.
Onun sözlərinə görə, Makarov tapançası və onun müxtəlif modifikasiyaları təxminən 75 ildir istifadə olunur. Bu müddət ərzində təxminən 5 milyon belə tapançanın istehsal edildiyi hesab edilir. Nəşr Makarovun dünyada yayılma səviyyəsini Kalaşnikov avtomatı ilə müqayisə edir.
Kristian Orr məqaləsində 2001-ci ildə Rusiyada istehsal olunan İJ-70 tapançası əldə etdiyini də yazıb. İJ-70 Makarov tapançasının ixrac üçün hazırlanmış idman-təlim modifikasiyasıdır.
Orr həmin silahın möhkəmliyini, etibarlılığını və yığcam quruluşunu yüksək qiymətləndirib. O, həmçinin tapançanın kiçik ölçülü silah üçün dəqiqliyini qeyd edib.
17:59 02.09.2026
Oxunuş sayı: 41