Aon USI-ni 17 milyard dollara almağa hazırlaşır
Sığorta brokeri Aon ABŞ-in aparıcı sığorta brokerlərindən biri olan USI Insurance şirkətini təxminən 17 milyard dollara almağa yaxındır.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Məlumata görə, bu məbləğə USI Insurance şirkətinin borcları da daxildir. Hazırda şirkət özəl investisiya nəhəngi KKR-ə məxsusdur. Mənbələr bildiriblər ki, tərəflər razılığa gələrsə, sövdələşmə ən yaxın bazar ertəsi elan oluna bilər.
KKR 2017-ci ildən USI Insurance şirkətinin sahibidir. Aon isə qlobal sığorta və risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən böyük şirkətlərdən biridir.
01:00 31.08.2026
Oxunuş sayı: 48