Yura Borisov 75 metrlik pavilyonun üzərinə sığortasız çıxıb
Aktyor Yura Borisov Moskvadakı VDNH ərazisində yerləşən “Kosmos” pavilyonunun 75 metr hündürlüyündəki günbəzinə sığorta vasitələrindən istifadə etmədən çıxıb.
Crossmedia.az xəbər verir ki, “StarHit” bu barədə məlumat yayıb.
Borisov bu addımı baş rolunu oynadığı “Doqquzuncu planet” filminin premyerası ərəfəsində atıb. Aktyor hadisədən sonra həyəcanlandığını və qorxduğunu bildirib.
“Düzünü desəm, tərlədim. Qorxuludur”, – deyə Borisov bildirib.
“Doqquzuncu planet” filmi avtomexanik Dima Xrustun hekayəsindən bəhs edir. O, bir vaxtlar başqa planetdə xidmət etdiyini xatırlamağa başlayır. Dima həmin planetdə canavarlarla döyüşdüyünü, qeyri-adi mənzərələr gördüyünü və Polina adlı qıza aşiq olduğunu xatırlayır. Lakin onun xidmət yoldaşları bu hadisələri xatırlamır və Dima ilə adi hərbi xidmət keçdiklərini deyirlər. Dima Polina ilə görüşdükdən sonra kiminsə onların yaddaşını dəyişdirdiyinə əmin olur. Həqiqəti öyrənməyin yeganə yolu təhlükəli planetə qayıtmaqdır.
11:57 30.08.2026
Oxunuş sayı: 54