Banqladeş “Məkkə Paktı”na qoşula bilər
Banqladeş xarici işlər naziri Xəlilur Rəhman bildirib ki, ölkə “Məkkə Paktı”na qoşulmaq üçün dəvət alacağı təqdirdə bu məsələni mütləq müsbət nəzərdən keçirəcək.
Crossmedia.az xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı danışıb.
Nazir qeyd edib ki, hazırda Banqladeşin pakta qoşulması ilə bağlı konkret məsələ gündəmdə deyil və qərar mövcud üzvlərin dəvətindən asılı olacaq.
Xəlilur Rəhman “Məkkə Paktı”nı dünya müsəlmanlarının özünümüdafiə mexanizmi kimi xarakterizə edib.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan “Məkkə Paktı”nı avqustun 7-də imzalayıb. Sazişə əsasən, tərəflər kollektiv müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi nəzərdə tutur.
21:55 27.08.2026
Oxunuş sayı: 53