Türkiyə Egey dənizi ilə bağlı xəbərdarlıq edib
Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyadakı vəziyyət, Egey dənizində hərbi fəaliyyət və “Terrorsuz Türkiyə” prosesi ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirlikdən bildirilib ki, SDG-nin buraxılması və Suriya dövlət qurumlarına inteqrasiyası mühüm inkişafdır. Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri Suriyada əldə olunan müsbət dinamikanın ölkə üzrə yayılması, sabitliyin davamlı xarakter alması və Suriya ordusunun imkanlarının inkişaf etdirilməsinə dəstəyini davam etdirəcək.
Türkiyə Müdafiə Nazirliyi Rodos adasında PUA bazasının yaradılmasını adanın qeyri-hərbi statusunun pozulması kimi qiymətləndirib. Nazirlik bu addımın Egey dənizində sülhə və mehriban qonşuluq münasibətlərinə zərər vuracağını bildirib.
Açıqlamada Türkiyənin beynəlxalq müqavilələrdən irəli gələn hüquq və maraqlarını qətiyyətlə qorumağa davam edəcəyi vurğulanıb.
Bundan əlavə, Patriot hava hücumundan müdafiə sistemlərinin Kerpe adasından Kritə köçürülməsi mövcud yanlış tətbiqdən geri dönüş istiqamətində müsbət addım kimi qiymətləndirilib.
Nazirlik həmçinin “Terrorsuz Türkiyə” prosesinin sağlam və sabit şəkildə irəliləməsinin vacibliyini qeyd edib. Terror təşkilatlarının və onlarla əlaqəli strukturların faktiki mövcudluğunun sona çatdırıldığının, həmçinin silahların təhvil verildiyinin müəyyənləşdirilməsi və təsdiqlənməsi istiqamətində işlərin aidiyyəti qurumlarla koordinasiya şəraitində davam etdiriləcəyi bildirilib.
21:17 27.08.2026
Oxunuş sayı: 44