Sabirabad sakinlərinin DİQQƏTİNƏ - 10 kənddə qaz olmayacaq
Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
16:27 27.08.2026
Oxunuş sayı: 53