İran və Ermənistan Araz üzərində ikinci körpünün tikintisini müzakirə edib
İran və Ermənistan dövlət sərhədində Araz çayı üzərində ikinci körpünün inşası məsələsini müzakirə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Məsələ İranın İrəvandakı səfiri Xəlil Şirqulami ilə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirinin müavini Kristin Qaleçyanın görüşündə müzakirə olunub.
Görüş zamanı Araz çayı üzərində ikinci körpünün tikintisi təşəbbüsü, eləcə də iki ölkə arasında infrastruktur sahəsində həyata keçirilən birgə layihələrin gedişi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin infrastruktur sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
14:59 27.08.2026
Oxunuş sayı: 54