Nepalda selin qurbanlarının sayı 162-yə çatdı
Nepalda güclü sel nəticəsində ölənlərin sayı 162-yə yüksəlib, ən azı 579 nəfər isə itkin düşüb.
Crossmedia.az xəbər verir ki, təbii fəlakət ölkədə ciddi itkilərə səbəb olub. Güclü yağışların ardınca yaranan sel suları bir sıra ərazilərdə vəziyyəti ağırlaşdırıb.
Hazırda itkin düşən şəxslərin axtarışı və xilasetmə işləri davam etdirilir. Səlahiyyətli qurumlar fəlakətin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə yardım göstərilməsi istiqamətində tədbirlər həyata keçirirlər.
10:43 27.08.2026
Oxunuş sayı: 47