Türkiyə limanlarına yeddi ayda 34 mindən çox gəmi daxil olub
2026-cı ilin ilk yeddi ayında Türkiyə limanlarına ümumilikdə 34 783 gəmi daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Anadolu” Türkiyənin Baş Dənizçilik İdarəsinin məlumatlarına istinadən yazıb.
Məlumata görə, gəmilərin 22 071-i xarici, 12 712-si isə Türkiyə bayrağı altında üzür.
Geosiyasi risklərə baxmayaraq, Türkiyə limanlarının regional və qlobal əhəmiyyəti qorunub. İranla bağlı münaqişə fonunda Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr, eləcə də Rusiya-Ukrayna müharibəsi səbəbindən Qara dənizdə mövcud risklər beynəlxalq dəniz daşımalarına təsir göstərir.
17:49 26.08.2026
Oxunuş sayı: 39