Almaniyanın vitse-kansleri: Süni intellektin gələcəyini Silikon Vadisinin texnoquruları müəyyən etməməlidir
Almaniyanın vitse-kansleri Lars Klinqbayl süni intellektin gələcəyinin müəyyənləşdirilməsində Avropanın daha fəal rol oynamalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Lars Klinqbayl bu barədə açıqlamasında danışıb.
“Gələcəyin iş yerləri Almaniyada yaradılmalıdır. Təhlükəli ideologiyaya sahib Silikon Vadisinin texnoquruları süni intellektin gələcəyini müəyyən etməməlidir”, - deyə o bildirib.
Klinqbayl əlavə edib ki, Almaniya və Avropa daha yaxşı texnoloji həllər yaratmaq üçün bütün imkanlara malikdir.
17:24 26.08.2026
Oxunuş sayı: 48