Nepaldakı daşqınlarda 300-ə yaxın xarici turist itkin düşüb
Nepalda baş verən genişmiqyaslı daşqınlar nəticəsində 300-ə yaxın xarici turistin itkin düşdüyü bildirilir. Təbii fəlakət nəticəsində ən azı 17 nəfər həyatını itirib, təxminən 400 nəfər isə yaralanıb.
Crossmedia.az xəbər verir ki, daşqınlar Nepalın Çinlə sərhədyanı ərazilərinə də ciddi ziyan vurub.
Hazırda itkin düşənlərin axtarışı ilə bağlı xilasetmə əməliyyatları davam etdirilir.
17:02
Çin və Nepal sərhədində yerləşən Gironq sərhəd-keçid məntəqəsinə güclü sel axını düşüb.
Crossmedia.az xəbər verir ki, hadisə nəticəsində palçıq və dağıntı axını bir neçə saniyə ərzində ərazini bürüyərək avtomobil və avtobusları qarşısına qatıb.
İlkin məlumatlara görə, 8-16 nəfər həyatını itirib, yüzlərlə insan itkin düşüb. İtkinlər arasında 291 xarici vətəndaşın olduğu bildirilir.
Çin tərəfində yollar, elektrik və rabitə xətləri zədələnib. Çin Prezidenti Si Cinpin genişmiqyaslı axtarış-xilasetmə əməliyyatının keçirilməsinə göstəriş verib.
Təbii fəlakət Nepalın hidroenergetika sektoruna da ziyan vurub. Ölkədə təxminən 430 MVt gücündə hidroenergetika obyektlərinin zərər gördüyü bildirilir ki, bu da Nepalın ümumi hidroenergetika gücünün təxminən 12 faizidir.
17:35 26.08.2026
Oxunuş sayı: 61