Zelenski Elon Maskı “Azadlıq” ordeni ilə təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder və “SpaceX” şirkətinin rəhbəri Elon Maskı “Azadlıq” ordeni ilə təltif edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin sərəncamında bildirilib.
Sərəncama əsasən, Mask dövlət mükafatına “insanların həyatının və azadlığının müdafiəsində, Ukrayna və Amerika Birləşmiş Ştatları xalqları arasında münasibətlərin inkişafında görkəmli şəxsi xidmətlərinə görə” layiq görülüb.
13:35 26.08.2026
Oxunuş sayı: 44