Zukerberq və Altmanın bahalı saat sevgisi
Silikon Vadisində sərvət və statusun göstəricilərindən biri də milyonlarla dollar dəyərində lüks saatlar hesab olunur.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
“Meta” şirkətinin qurucusu Mark Zukerberq yaxın vaxtlarda İsveçrənin lüks saat istehsalçısı “F.P. Journe” tərəfindən hazırlanmış 1,3 milyon dollar dəyərində saat taxıb.
“OpenAI” şirkətinin rəhbəri Sem Altman da bahalı saatlara marağı ilə tanınır. Onun qolunda müxtəlif vaxtlarda İsveçrənin “Greubel Forsey” şirkətinin təxminən 650 min dollar dəyərində saatı da olub.
Məlumata görə, Silikon Vadisində lüks evlər, bahalı avtomobillər və digər eksklüziv əşyalarla yanaşı, yüksək qiymətli saatlar da texnologiya dünyasının milyarderləri və rəhbərləri arasında status simvoluna çevrilib.
01:11 26.08.2026
Oxunuş sayı: 45