Özbəkistanda payız turizmi rusiyalı turistlər arasında populyarlaşır
Özbəkistana payız mövsümündə səfər etmək istəyən rusiyalı turistlərin sayı artır.
Crossmedia.az xəbər verir ki, Rusiya Turoperatorları Assosiasiyasının (ATOR) məlumatına görə, müxtəlif turoperatorlarda Özbəkistana tələbat 1,5 dəfə və daha çox artıb.
Əsas sifarişləri şəhər turları təşkil etsə də, ekskursiya proqramlarına maraq da getdikcə artır.
Turistlərin ən çox seçdiyi marşrut Daşkənd–Səmərqənd–Buxara istiqamətidir. Bəzi turlar isə Xivənin də əlavə edilməsi ilə genişləndirilir.
Mütəxəssislərin sözlərinə görə, son illərdə Özbəkistanda, xüsusilə turistik bölgələrdə çoxsaylı yeni hotellər inşa edilib və yerləşmə imkanları kifayət qədərdir.
14:09 25.08.2026
Oxunuş sayı: 59