Azərbaycan Suriya və Kolumbiyadan limon və laym idxalını bərpa edib
Bu ilin yanvar-iyun aylarında Azərbaycana xaricdən 9,6 milyon ABŞ dolları dəyərində 10 min 542 ton limon və laym (təzə və yaxud qurudulmuş) gətirilib.
Crossmedia.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 %, kəmiyyət olaraq – 10 % azdır.
Hesabat dövründə Azərbaycan Türkiyədən 5,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 20 % az) 7 min 186 ton (-20 %), Cənubi Afrikadan 3,1 milyon ABŞ dolları dəyərində (+17 %) 2 min 173 ton (+4 %), İrandan 559 min ABŞ dolları dəyərində (+3 dəfə) 746 ton (+3 dəfə), Argentinadan 481 min ABŞ dolları dəyərində 356 ton (1 il əvvəl tədarük olmayıb), Braziliyadan 90 min ABŞ dolları dəyərində (+2,3 %) 44 ton (+2 %) məhsul alıb.
Azərbaycan 5 il 9 aylıq fasilənin ardından Suriyadan (28 min ABŞ dolları dəyərində 37,2 ton) və 2 il 7 aydan sonra Kolumbiyadan (1 min ABŞ dolları dəyərində 0,02 ton) tədarükü bərpa edib.
13:56 25.08.2026
Oxunuş sayı: 43