Odessada hərbi yük daşıyan gəmi vurulub
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Odessa limanında Ukraynaya hərbi təyinatlı yük gətirən quru yük gəmisini vurub.
Crossmedia.az bu barədə ˝TASS˝a istinadən xəbər verir.
Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, Yujnı limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulan yanacaq-sürtkü materialları olan üç rezervuar və hərbi əmlakın saxlanıldığı dörd anbar da vurulub. Haberler.ru
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Odessa ətrafında sursat, silah, hərbi texnika və hərbi təyinatlı əmlakın saxlanıldığı iki logistika mərkəzinin də hədəfə alındığını açıqlayıb. Bu məlumat müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.
20:56 24.08.2026
Oxunuş sayı: 48