AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün növbəti matçını keçirəcək.
Crossmedia.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Rumıniya ilə üz-üzə gələcək.
Qarşılaşma Milli Gimnastika Arenasında, saat 18:30-da start götürəcək.
Qrupun digər oyununda, saat 15:30-da isə Niderland və Portuqaliya yığmaları münasibətləri aydınlaşdıracaq.
Xatırladaq ki, C qrupunun oyunları avqustun 28-nə qədər Bakıda keçiriləcək. İki turdan sonra Azərbaycan millisi 6 xalla qrup lideridir. Belçika (5 xal) ikinci, Niderland (2 xal) üçüncüdür. Hərəyə 1 xalı olan Rumıniya ilə İspaniya müvafiq olaraq 4-5-ci yerləri bölüşürlər. Xalı olmayan Portuqaliya sonuncu - altıncıdır.
Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar Avropa çempionatının pley-off mərhələsinə vəsiqə qazanacaqlar.
09:19 24.08.2026
Oxunuş sayı: 57