41 dərəcəlik istilik Yunanıstanı alova bürüyüb
Yunanıstanın Lakoniya və Larisa bölgələrində meşəlik ərazilərdə yanğınlar başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Lakoniya vilayətinin Agios Nikolaos, Larisa vilayətinin isə Yannota Elassonas bölgəsində baş verən yanğınlara havadan və qurudan müdaxilə edilir.
Ölkədə səhralaşmış isti hava şəraiti hökm sürür. Meteorologiya xidmətinin məlumatına görə, bəzi bölgələrdə temperatur 41 dərəcəyə çatıb və isti hava dalğasının avqustun 24-dək davam edəcəyi gözlənilir.
03:35 24.08.2026
Oxunuş sayı: 70