Volodimir Zelenski: Ukrayna dövlətini təslim etməyəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin dövlətini təslim etməyəcəyini, müstəqilliyini və bütün Avropanı müdafiə etməyə davam edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə Kiyevdə Dövlət Bayrağı Günü münasibətilə keçirilən mərasimdə danışıb. Zelenski bildirib ki, ukraynalılar dövlətlərini təslim etmir, müstəqilliklərini, Ukraynanı və bütün Avropanı müdafiə edirlər.
O qeyd edib ki, mavi və sarı rənglər Ukraynanın, xalqının və cəsarətinin rəngləridir. Zelenskinin sözlərinə görə, Ukrayna bayrağı güc, dözümlülük, azadlıq və həyatın qələbəsini simvolizə edir.
21:24 23.08.2026
Oxunuş sayı: 56