Özbəkistanda İlham Əliyevin şərəfinə verilən ziyafətdə Müslüm Maqomayevin əsəri səsləndirilib
Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə Özbəkistanda verilən ziyafətdə Müslüm Maqomayevin "Mavi əbədiyyət" əsəri səsləndirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"Özbəkistanın tanınmış sənətçisi Akilbek Piyazovun repertuarında dahi Azərbaycan bəstəkarı və müğənnisi Müslim Maqomayevin "Синяя вечность" adlı möhtəşəm əsəri", - H. Hacıyev qeyd edib.
19:55 23.08.2026
Oxunuş sayı: 44