Əsgər yoldaşını güllələyib öldürdü
Ermənistanda daha bir hərbçinin ölümü ilə bağlı məlumat yayılıb.
Crossmedia.az-ın məlumatına görə, “MakaryanNews” hadisə barədə məlumat yayıb.
Bildirilir ki, müddətli həqiqi hərbi xidmət keçən əsgərlərdən biri ona təhkim olunmuş silahdan xidmət yoldaşına atəş açıb. Güllə yarası ölümcül olub.
Nəşrin məlumatına görə, hadisə ilə bağlı Ermənistan Müdafiə Nazirliyinə müraciət edilib. Nazirlik isə hələlik açıqlama verməyib.
13:12 23.08.2026
Oxunuş sayı: 70