Qazaxıstanda yeni parlamentə ilk seçkilər başladı
Qazaxıstanda yeni yaradılan birpalatalı parlament – Qurultaya ilk seçkilər başlayıb.
Crossmedia.az xəbər verir ki, “Kazinform” bu barədə məlumat yayıb.
Avqustun 23-də keçirilən səsvermə ölkənin yeni Konstitusiyası və parlament islahatlarından sonra baş tutan ilk parlament seçkisidir. Qurultay əvvəlki ikipalatalı parlament sistemini əvəz edib və 145 deputatdan ibarət olacaq.
Seçkilərdə yeddi siyasi partiya iştirak edir. Deputatlar beş il müddətinə seçiləcək. Səsvermə məntəqələri ölkə üzrə səhər saat 07:00-dan axşam 20:00-dək fəaliyyət göstərir.
11:25 23.08.2026
Oxunuş sayı: 53