Zelenski Trampın keçmiş xüsusi nümayəndəsi ilə görüşüb
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ Prezidenti Donald Trampın keçmiş xüsusi nümayəndəsi, general Ki Kellogla görüş keçirib.
Crossmedia.az xəbər verir ki, ˝RBC-Ukrayna˝-nın məlumatına görə, görüş zamanı tərəflər Rusiyanın hücumlarının güclənməsi və onlardan müdafiə məsələlərini müzakirə ediblər.
Zelenski bildirib ki, Kellog Ukrayna Veteranları Forumunda iştirak etmək üçün Odessadan Kiyevə gəlib. O, ukraynalı hərbçilərə göstərilən diqqətə görə generala təşəkkür edib.
Ukrayna liderinin sözlərinə görə, görüşdə Rusiyanın infrastruktur və mülki obyektlərə artan zərbələri, həmçinin hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi əsas mövzulardan olub.
Zelenski vurğulayıb ki, Ukrayna və Avropa ölkələri öz ballistik müdafiə sistemlərini yaratmaq üzərində işləyirlər. Lakin o qeyd edib ki, qarşıdan gələn qış dövrünü keçirmək üçün Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlərin alınması vacibdir.
“Ukrayna onları almağa hazırdır və bu istiqamətdə istənilən səylər önəmlidir”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Ki Kellog avqustun 21-də Ukraynaya səfər edib. Səfər çərçivəsində o, Odessa dəniz ticarət limanına baş çəkib.
21:29 22.08.2026
Oxunuş sayı: 53