Apple istifadəçiləri bu kamera xüsusiyyətinə heyran qalacaq
İnternetdə Apple-ın gələcək iPhone 18 Pro modelinə aid olduğu iddia edilən qutunun görüntüsü yayılıb.
Crossmedia.az ˝Unian˝a istinadən xəbər verir.
Şəkil smartfonun kamera sistemində mühüm yeniliyə işarə edə bilər.
Mediada yayılan görüntüdə açıq mavi rəngli iPhone 18 Pro qutusu və üçlü kamera bloku görünür. Lakin əsas diqqəti əsas kameranın obyektivi çəkib. Şəkil böyüdüldükdə linzada dəyişən diafraqma mexanizminə bənzər elementlər seçilir.
Dəyişən diafraqma texnologiyası kameraya daxil olan işığın miqdarını tənzimləməyə imkan verir. Bu xüsusiyyət peşəkar fotoaparatlarda istifadə olunur və müxtəlif işıq şəraitində daha keyfiyyətli çəkiliş, həmçinin kadrın dərinliyinə daha çox nəzarət imkanı yarada bilər.
Əvvəllər bu texnologiyanın yalnız daha bahalı iPhone 18 Pro Max modelində tətbiq ediləcəyi ehtimal olunurdu. Lakin yeni görüntülər bu iddiaları yenidən gündəmə gətirib.
Sızan məlumatlara görə, iPhone 18 Pro seriyası yeni A20 Pro prosessoru, 2 nanometrlik TSMC istehsal prosesi və daha kiçildilmiş Dynamic Island dizaynı kimi yeniliklərlə təqdim edilə bilər.
Apple-ın yeni iPhone modellərinin təqdimatının sentyabrın 9-da keçiriləcəyi gözlənilir. Şirkətin əsas modellərin eyni vaxtda satışa çıxarılması strategiyasını dəyişəcəyi və standart iPhone 18 modelini 2027-ci ilin yazına qədər təxirə salacağı iddia olunur.
01:00 23.08.2026
Oxunuş sayı: 64