İsrail qüvvələrinin Suriyada irəlilədiyi barədə məlumat yayılıb
Suriya İsrail qüvvələrinin ölkənin cənubundakı Qüneytra vilayətində yerləşən Ər-Rəfid şəhərinin qərb istiqamətində hərəkət etdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, İsrail hərbçiləri Qüneytranın cənub ətraflarında yerləşən ərazilərdə mövqelərini irəli çəkiblər. Daha əvvəl də İsrail qüvvələrinin Ər-Rəfid bölgəsinə daxil olaraq bəzi evlərdə axtarış apardığı barədə məlumatlar yayılmışdı.
Ər-Rəfid və ətraf ərazilərdə İsrail hərbi fəaliyyətinin artması regionda gərginliyin yüksəlməsi fonunda baş verir.
23:15 21.08.2026
Oxunuş sayı: 59